• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2092
— 10.02.2017 21:09

Piyadanı öldürən sürücü qanundan qaça bilmədi

KepezTV Player

Aeroport yolunun Sabunçu rayonunun ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Bakı şəhər sakini Yadigar Babayeva naməlum avtomobilin onu vurması nəticəsində dünyasını dəyişib. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəza hadisəsini törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü - Şəmkir rayon sakini Emin Həsənov tutulub. Onun hadisə vaxtı idarə etdiyi avtomobil isə fərdi yaşayış evinin həyətində aşkar olunaraq ekspertizaya göndərilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı