60-dan çox şəhər sakininin şikayət və təklifləri dinlənilib. Daha çox şikayət qaz sayğaclarının dəyişdirilməsi zamanı əlavə borcun meydana gəlməsi, su və elektrik enerjisi ilə təminat, məşğulluq və sahibkarlıq fəaliyyətinə dəstəklə bağlı səslənib. Qarabağ müharibəsi əlilləri mənzillə təminat, şəhid ailələri isə mənzil şəraitinin yaxşılaşdırılması barədə məsələ qaldırıb. Əksər müraciətlərin sakinlərin xeyrinə həll edildiyi qəbuldan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə sosial evlərin tikintisi məsələsinə münasibət açıqlayıb.
Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Bu məsələ ilə Mənzil İstismar Dövlət Agentliyi məşğul olur. Agentliyin rəhbəri də Gəncə şəhərində olub. Yer də artıq ilk olaraq təklif olunub. Bakı şəhəridir, Bakıdan sonra Gəncə, Sumqayıt və digər şəhərlərdir. Yəni Bakıdan sonra Gəncə şəhərində bu layihə həyata keçiriləcək. Biz planlaşdırmışıq ki, yer də şəhərin ən gözəl yerində ayrılsın”.
Gülnar Fazilqızı
- Baxış: 655