Ford şirkəti tərəfindən yeni iri Expedition krossoveri təqdim olunub. Avtomobilin qlobal satışları payız aylarında başlayacaq. Onun əsas rəqibi Chevrolet Tahoe sayılır. Model böyük ehtimalla Miçiqan ştatında yerləşən zavodda yığılacaq. F-150-nin platformasında hazırlanan krossoverin detalları daha çox alüminiumdandır. Bu isə maşının çəkisini əvvəlkinə nisbətən 136 kq azaldıb. Buna rəğmən krossoverin təkər bazası 7 santimetr genişlənib. Yeni Expedition 3,5 litrlik EcoBoost V6 benzin motoru ilə təchiz olunub. Ancaq dinamik göstəricilər məlum deyil. Yayılan qeyri-rəsmi məlumatlara görə, mühərrik 365-dən də çox at gücünə malikdir. Aqreqat 10 pilləli avtomatik sürət qutusu ilə işləyir.
Cavanşir Məmmədzadə
- Baxış: 319