• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 09.02.2017 20:40

Soyğunculuq cəzasız qalmadı

KepezTV Player

Sumqayıt şəhər sakini polisə müraciət edərək bildirib ki, şəhərin 30-cu məhəlləsində iki nəfər tanımadığı şəxs ona məxsus içərisində pul, şəxsi sənədlər, ev və avtomobil açarı olan əl çantasını götürərək hadisə yerindən qaçıb.  ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq cinayətini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Əlibala Salahov və Sərdar Cavadov saxlanılıb Onlar zərərçəkəni əvvəlcə marketdə görüblər, daha sonra onu izləyərək əlindəki əl çantasını alaraq hadisə yerindən qaçıblar. 

Sərdar Cavadov soyğunçuluq etmək təklifinin Əlibala Salahov tərəfindən verildiyini də qeyd edib.Polis əməkdaşları soyğunçuluq etdikləri üçün saxlanılan bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.