• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 09.02.2017 14:27

Silah-sursat saxlayan şəxslər yaxalandılar

KepezTV Player

Silah-sursatın saxlanılmasının qanuna zidd olması barədə nə qədər xəbərdarlıq edilsə də, yenə də silahını yerə qoymayanlar var. Amma qanun ona qarşı çıxanların silahını da, ədalətini də yerinə gətirməyi bacarır.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Abşeron rayon Qobu qəsəbə sakini Bəhruz Muxtarovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobildə silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhruz Muxtarov saxlanılıb. Onun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin yük yerindəki sandıqçada 5 ədəd patronu olan “Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini Samir Qurbanəliyev saxlanılıb. Ondan bir ədəd "TT" markalı tapança, 2 ədəd patron darağı, 9 ədəd patron və 3,394 qram heroin aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Zülfiyyə Telmanqızı