• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 06.02.2017 18:49

Qanunsuz iş görənlər qanun qarşısında cavab verəcəklər

Narkotikin zəhərli əllərinə keçən daha bir nəfər polisdən qaça bilməyib. Üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs də ifşa edilib.
Nəqliyyatda Baş Polis İdarəsinə Biləcəri dəmir yolu stansiyasının ərazisində bir nəfər silahlı şəxs olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ünvanda Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd nömrəsi silinmiş "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Quliyev saxlanılıb. Sabunçu dəmir yolu stansiyası ərazisində saxlanılan şəxsin əlindəki bağlamaya baxış keçirilən zaman 470 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Zülfiyyə Telmanqızı