• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 06.02.2017 18:30

İmişlidə bir ailə evsiz qaldı

Rayonun Cavadxanlı kəndi ərazisində baş verən yanğn hadisəsi zamanı ev içərisindəki əşyalarla birlikdə yanıb. İndi ailə qışın bu çağında harada yaşayacağını bilmir.

İmişli rayonunun Cavadxanlı kənd sakinləri olan Bayramovlar ailəsinin fərdi evi yanıb. Şəhla Bayramova deyir ki, hadisə onlar evdə olmayan vaxtı baş verib.

Bazardan gəlirdim, maşın orada siz gələn yerdə dayanıb. Gördüm evdən tüstü çıxır. Baxdım dedim, qonşum dedi ki, peç tüstüsüdü. Dedim az peç tüstüsü deyil, evim yanır. Elə mən hey eləyib bura gəlincə oğlum mənə zəng elədi. O da deyir gördüm mama tüstü çıxır tez onları dartdım çıxardım. Hə elə gəlincə halaylandı yandı.

Ev sahibi bildirir ki, içəridə olan televizor aparatı, bir neçə gün öncə heyvanını sataraq əldə etdiyi pul, qızıl və başqa əşyalar yanıb. Şəhla Bayramovanın atası Mirqayıl Ağayev isə deyir ki, qışın bu çağında qızının ailəsinin harada yaşayacağı sual altındadır.

Tək uşaqdı, bir dənə də oğlu var. Oğlu da bugün-sabah əsgər gedəcək. Belə bu ailə harada qalacaq mən bilmirəm. Qışın günü mən bilmirəm, başa düşmürəm.

Yanğın nəticəsində ümumi sahəsi 24 kvadratmetr olan ev tamamilə yanıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Alovun ətrafdakı tikililərə yayılmasının qarşısı alınıb.

 

Zülfiyyə Telmanqızı