• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 05.02.2017 23:43

Daşkəsən sakini tüfənglə döyülüb

Astaf kənd sakini, 28 yaşlı İslam Cabbarov kəllə beyin travması ilə Gəncə şəhər TTYX-ya gətirilib. Tibbi yardım göstərilən xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Zərərçəkənin dediyinə görə, onu həmkəndlisi tüfəngin qundağı ilə meşədə döyüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mehman Hüseyinov - həkim: "Daşkəsən rayon ərazisindən, dava-dalaş nəticəsində kəllə beyin travması almış 1989-cu ildə anadan olan Cabbarov İslam daxil olub şöbəmizə. Xəstəyə hal-hazırda yardım olur şöbəmizdə. Ümumi vəziyyəti kafidir."