• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 04.02.2017 14:30

Gəncədə yağış sularının ötürülməsi üçün xətlərin çəkilməsinə başlanılıb

KepezTV Player

İlkin olaraq Heydər Əliyev prospektində 800 metr və Nizami prospektində 360 metr məsafədə işlərə start verilib. Yağış suları prospektlərə qoyulan borular vasitəsi ilə Gəncə çayına töküləcək. Eyni zamanda, bu prospektlərin asfalt qatı daş örtüklə əvəzlənəcək. Yaxın zamanlarda Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində inşa olunan yeraltı keçid də istifadəyə veriləcək. Layihəyə əsasən 3 çıxışı olan keçid Gəncə Dövlət Universitetinin əsas binasını, Şah Abbas Məscidi və tikilməkdə olan ticarət mərkəzini birləşdirəcək. Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində tikilən keçiddə də işlər qrafikə uyğun davam etdirilir. Bununla da şəhərdəki analoji infrastrukturun sayı 5-ə çatacaq. Keçidlərin tikintisində milli arxitektura elementlərindən geniş istifadə olunmaqla yanaşı, qərb memarlığına daha çox üstünlük verilir. İnşaat işlərinin tez bir zamanda başa çatdırılması üçün kifayət qədər işçi qüvvəsi və xüsusi təyinatlı texnikalar ayrılıb.

Vəfa Şairova