• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2242
— 03.02.2017 10:47

Bu qurğu smartfonu drona çevirir

Kiçik yüksəklikdə smartfonla fotoşəkillər çəkməyə imkan verən yeni Selfly adlı qurğu ortaya çıxıb. Selfly həmçinin müasir pilotsuz uçan aparat rolunda çıxış edir. Qurğu, Full HD formatında çəkiliş edən 8 meqapikselli kamera ilə təchiz edilib. Əsas çatışmazlığı batareyasının zəif olmasıdır. Akkumulyatorun enerjisi ən yaxşı halda 10 dəqiqəlik iş üçün kifayət edir. Mütəxəssislərin yeni qurğunun kompaktlığına xüsusi diqqət yetirməsi sayəsində onu asanlıqla smartfon üçün çexola çevirmək mümkündür. Selfly-ı drona kimi istifadə etməzdən əvvəl onu telefondan çıxartmaq tələb olunur. Yaradıcılarının fikrincə, Selfly kiçik yüksəklikdə selfi və ya qeyri-adi fotoşəkillər çəkməyi sevən bütün istifadəçilərin xoşuna gələcək. Yeni aparat mahiyyət etibarilə son bir neçə ildə böyük populyarlıq qazanan "selfie" çubuqlarının alternativi hesab olunur. Akkumulyator batareyasının tutumu 630 milliamper saat təşkil edir. Çox rahat olan çexol ekran ölçüsü 6 düymədək olan qurğulara uyğundur. Yeni aparatın qiymətinin 80 dollar təşkil edəcəyi gözlənilir.

Cavanşir Məmmədzadə