• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 03.02.2017 10:46

Windows 10 üçün “ağıllı” güzgülərin satışına başlanılıb

Almaniyanın Dirror şirkəti özündə hibridli divar güzgüsünü, eləcə də planşeti birləşdirən və Windows 10 əməliyyat sistemi ilə işləyən cihazın satışına başlayıb. Dirror, şirkətin bəyanatının əksinə olaraq bu tip rəqəmsal güzgülü ilk qurğu deyil, ancaq öz oxşarları arasında birinci kommersiya xarakterli məhsul ola bilər. “Ağıllı” Dirror güzgüsü üç fərqli versiyada buraxılır. Dirror S 10,1 düymlük ekranla təchiz olunub. Cihaz Intel Atom x5-Z8300 prosessoru ilə işləyir və 2 Qb operativ, 32 Qb daxili yaddaşa malikdir. Dirror S-in qiyməti 970 avrodur. Dirror M isə öz növbəsində 23 düymlük Full Hd ekrana, daha güclü Intel Atom x7-Z8700 prosessoruna, 4 Qb operativ, 128 Qb əsas yaddaşa yiyələnib. Dirror M-ə 1870 avro qiymət qoyulub. Nəhayət, ən üst versiya - Dirror L, FullHD və ya  WQHD genişliyində ola biləcək 27 düymlük ekran qazanıb. Onu 2070 və ya 2470 avroya almaq mümkündür. Dirror güzgüsü Bluetooth 4.0 və Wi-Fi modulları da əldə edib, Cortana səs köməkçisini dəstəkləyir.

Cavanşir Məmmədzadə