Abşeron polisi narkotik maddələrin satışı və qəbulunda şübhəli bilinən şəxsləri yaxalayıblar. Əvvəllər məhkumluq həyatı yaşayan 45 yaşlı Rasim Nəsibov və ona narkotik maddəni satan Aqil Səfərov saxlanılıb. Adətən azadlıqdan məhrum edilmənin astanasında olanlar tutduqları əməldən peşman olurlar. Səfərov isə nəinki peşman olub, əksinə halından məmnundur desək, yanılmarıq.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Aqil Səfərovu yaşadığı Hökməli qəsəbəsində saxlayıblar. Onun üzərinə baxış zamanı heroin aşkarlanıb.
Aqil Səfərovun sözlərinə görə, qardaşı yol qəzasında dünyasını dəyişəndən sonra yaşadığı ruh düşkünlüyü onu bu yola vadar edib. Kədərini unutmaq üçün seçdiyi çarə isə azadlığı bahasına başa gələcək. Ancaq bu, Səfərovu heç də narahat etmir. Çünki....
Aqil Səfərov -saxlanılan şəxs: “Tutulmağıma peşman deyiləm, orada müalicə olunaram”.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 802