• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 02.02.2017 10:02

Sürətli ralli maşınları qarlı yollarda “məharət”lərini göstərdi

Red Bull şirkəti Ralli üzrə dünya çempionatının – Ralli Monte Karlonun yeni mövsümünə həsr olunmuş videoçarx paylaşıb. Videoda Hyundai və Toyota komandaları, eləcə də Ford Fiestanın M-Sport kollektivi göstərilib. Sonuncularda klassik ralli üzrə 4 qat çempion Sebastyan Ojye iştirak edir. “Volksvagen” rəsmi şəkildə yarışdan imtina etdikdən sonra Sebastyan ötən il bu komandaya keçib. Ojye Ralli Monte-Karlonun 2017-ci il mövsümünün qalibi adını qazanıb. İkinci yeri Toyota nümayəndəsi Yari-Matti Latvala tutub, 3-cü yer isə M-Sportdan olan Ott Tyanaka qismət olub. “Hyundai” komandasında ən yaxşı göstərici Dani Sordoya məxsusdur və o, 4-cü yerə layiq görülüb. Ümumiyyətlə, bu il dünya çempionatı üçün 13 mərhələ nəzərdə tutulub. Onların ən sonuncusu noyabr ayında Avstraliyada baş tutmalıdır.

 

Cavanşir Məmmədzadə