• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2366
— 01.02.2017 16:40

“İnter” kubokda mübarizəni dayandırdı

Futbol üzrə İtaliya kubokunun 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. A seriyasından uğurlu qrafik çızan “İnter” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Oyunda hesabı paytaxt klubu dəyişib. Felipe Anderson görüşün 20-ci dəqiqəsində qonaqları hesabda önə daşıyıb. “İnter” ikinci hissənin əvvəlində Joao Mirandanın qırmızı vərəqə almasıyla meydanda azlıqda qalıb. Bundan sonra Simone İnzaqinin yetirmələri ev sahiblərinin qapısından ikinci topu keçiriblər. Lukas Bilya penalti zərbəsi ilə fərqi ikiyə çatdırıb.

Qarşılaşmanın 76-cı dəqiqəsində meydandakı futbolçuların sayı bərabərləşib. Stefan Radu hakimin qəzəbinə tuş gəlib.  “İnter” matçın 84-cü dəqiqəsində Marselo Brozoviçin qoluyla hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Beləliklə, “Latsio” “Yuventus” və “Napoli”nin ardından yarımfinala vəsiqə qazanıb.

“İnter”“Latsio” 1:2
Qollar: Anderson, 20 (0:1), Bilya, 54-pen (0:2), Brozoviç, 84 (1:2)

Azad Rəfi