• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 01.02.2017 16:25

Goranboyda heyvanlar arasında xəstəlik aşkarlanıb

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində götürülən qan nümunələrinin analizi faktı ortaya qoyub. Qarayara və quduzluq xəstəliyinə qarşı davam etdirilən tədbirlər epizootik vəziyyətin sabit saxlanılmasına xidmət edir.

Hazırda rayon üzrə fərdi və fermer təsərrüfatlarında 39 min baş iri və 226 min 700 baş xırda buynuzlu, 2100 baş tək dırnaqlı ev heyvanı, 400 min başdan artıq isə ev quşu saxlanılır.

Yanvarın 1-ci ongünlüyündən başlanılan profilaktik tədbirlər nəticəsində bu günə qədər rayon ərazisində 14 min baş heyvan qarayara xəstəliyinə qarşı peyvənd olunub. 5 min heyvandan isə brusellyoz xəstəliyinə qarşı qan nümunələri götürülüb.

Ötən il aparılan profilaktik tədbirlər çərçivəsində rayon üzrə 53 baş heyvanda brusellyoz xəstəliyi aşkar edilərək təlimata uyğun olaraq zərərsizləşdirilib. Bu ilki müayinələrdə də neqativ nəticələr aşkar edilib.

Elsevər Hüseynov -Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: “İri buynuzlu heyvanlardan sereloji müayinələr üçün qan nümunələri götürülərək yoxlanılıb. Və onlardan 4 başda xəstəlik aşkarlanıb və təlimata uyğun olaraq zərərsizləşdirilib. Eyni zamanda ev quşları arasında Nyukasl xəstəliyinə qarşı peyvəndləmə işləri də davam etdirilir”.

Sahibli itlər də profilaktik tədbirlərdən kənarda qalmayıb. Onlar da quduzluq əleyhinə peyvənd edilib.

Nicat Nəbiyev -fermer: “Biz təsərrüfatla məşğul olan sahibkarlar olaraq rayon baytarlıq idarəsi ilə qarşılıqlı əməkdaşlıq edirik. Rayon baytarlıq idarəsi vaxtlı- vaxtında vaksinasiyaları həyata keçirir. Bu vaksinasiyalar nəticəsində təsərrüfatımızda yarana biləcək hər hansı bir problemin qabaqlayıcı tədbir olaraq həyata keçiririk. Bunlar da çox önəmlidi təsərrüfat üçün”.

Qeyd olunan xəstəliklərə qarşı profilaktik tədbirlər başa çatdıqdan sonra heyvanlar arasında dabaq xəstəliyinin profilaktikasına start veriləcək.

Elton Cabbarlı