• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 855
— 31.01.2017 03:11

Silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib

KepezTV Player

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirib və nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Malik Sultanov saxlanılıb.

Elnur Əliyev- Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşı: “Naqan sisitemli küstar üsulla hazırlanan tapança və 3 ədəd Makarov silahının gülləsi aşkar edilib. Ekspertiza zamanı silahın atəşəyararlı olduğu məlum olub”.

İlkin ifadəsi zamanı saxlanılan şəxs əldə etdiyi odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini etiraf edib. Malik Sultanov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunub. Faktla bağlı cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı