• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2250
— 31.01.2017 10:03

"Volvo" satdığı 8200 avtomobilini geri çağırır

İsveçin avtomobil istehsalçısı "Volvo" korporasiyası təhlükəsizlik balışlarında potensial nasazlığın aşkar edilməsi ilə əlaqədar, bütün dünyada satdığı 8200 avtomobilini geri çağırır. Bu barədə məlumatı İsveç KİV-ləri yayıblar. Geri çağırılma, xüsusən xarici ölkələrdə satılan 7000, İsveçin özündə sahibini tapan 1200 avtomobilə, o cümlədən yeni seriyadan olan "V90" markalı maşınlara aid edilir. Detalın əvəzlənməsi barədə qərar "Volvo" korporasiyasının özünü idarə edən maşınlar layihəsi üzrə təchizatçısı və tərəfdaşı "Autoliv" şirkəti təhlükəsizlik balışlarında bir detalın nasazlığını üzə çıxardıqdan və bu barədə avtomobil istehsalçısını məlumatlandırdıqdan sonra qəbul edilib. Avtonəhəngin nümayəndəsi jurnalistlərə müsahibəsində deyib ki, detalın zay olması ilə bağlı problem müəyyən vaxt keçəndən sonra özünü büruzə verəcəkdi. Bu da təhlükəsizlik balışının işə düşməsi zamanı problem yarada bilərdi. Şirkətdən bildiriblər ki, bu müddət ərzində təhlükəsizlik balışları ilə bağlı heç bir insident, yaxud bədbəxt hadisə qeydə alınmayıb. "Volvo" ötən payızda da avtomobillərdə kondisionerin blokunun zay olması aşkar ediləndən sonra 127 min avtomobilini geri çağırmışdı. Mütəxəssislərin fikrincə, blokun su buraxması təhlükəsizlik balışlarında nasazlığa gətirib çıxara bilərdi.

Cavanşir Məmmədzadə