• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 31.01.2017 10:01

Rəng korluğundan əziyyət çəkən insanlar üçün “#SeeColors” adlı proqram yaradılıb

Hazırda dünyada təxminən 300 milyon insan rəng korluğu xəstəliyindən əziyyət çəkir. Hər gün belə insanlar müəyyən problemlərlə rastlaşırlar. "Samsung" şirkəti məhz onların həyatını asanlaşdırmaq istəyir. Cənubi Koreya nəhəngi Macarıstanın "Colorlite" şirkəti ilə birgə "Launching People" proqramı çərçivəsində “#SeeColors” adlı proqram yaradıb. Bu proqram televizorun ekranındakı təsvirə xüsusi düzəliş etməklə rəng korluğundan əziyyət çəkən istifadəçilərə kömək edəcək. “#SeeColors” proqramı öncə bir sıra testlərin köməyi ilə rəng korluğunun tipini müəyyənləşdirir, bundan sonra televizorun ekranındakı təsvirə düzəliş edir. Nəticədə, görmə pozğunluğu olan istifadəçilər təsviri normal görmə qabiliyyətinə malik insanlar kimi görəcəklər. Hazırda, “#SeeColors” proqramı buraxılış ili 2016 olan "Samsung SUHD TV" televizorlarında qurulub, xüsusi mobil proqram isə Macarıstan, Rumıniya və Bolqarıstanda "Google Play" və "Galaxy App Store" internet mağazalarında "Galaxy S6", "Galaxy S6 Edge", "Galaxy S6 Edge+", "Galaxy S7" və "Galaxy S7 Edge" smartfonları üçün əlçatandır.

 

Cavanşir Məmmədzadə