• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2250
— 30.01.2017 10:03

“Volkswagen” markasının 1000 at güclü “Passat” modeli drift edərkən görüntülənib

“Formual D” yarışında bu avtomobili bağlanmış “Top Gear” şousunun Amerika versiyasının aparıcısı Tanner Faust idarə edib. Qeyri-adi “Passat” 2015-ci ildə “Volkswagen” rəhbərliyinin dəstəyi ilə hazırlanıb. Onun ərsəyə gəlməsi üçün arxa ötürücü sistem və xüsusi düzəldilmiş 7,4 litrlik V8 mühərrikindən istifadə olunub. Təxminən, 700 at gücünə malik maşın həmçinin, oksidləşmiş azot inyeksiyası əldə edib ki, bu da gücü qısamüddətli artırır. “Passat”ı 4 pilləli ardıcıl sürət qutusu ilə də kompektləşdiriblər. Tamamilə yenilənmiş salonda təhlükəsizlik çərçivəsi peyda olub.

 

Cavanşir Məmmədzadə