• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 30.01.2017 10:02

Yeni “BMW M3” yaz aylarında satışa çıxarılacaq

Gücləndirilmiş Bavariya sedanını cəmi iki il qabaq yeniləsələr də, “BMW” şirkəti indi də bu 4 qapılıya yeni detallar və parametrlər əlavə edib. “BMW M3” xarici görünüşdən əvvəlki “M4”ü xatırladır. Maşın üçün orijinal LED işıqları olan yeni baş optika adaptasiya ediblər. İnteryerdə isə az iş görülüb, yalnız oturacaqlardakı “M” loqotipi xırda dəyişikliyə məruz qalıb. Parametrlər siyahısına sürücünün istədiyi kimi quraşdırıla bilən tamamilə rəqəmsal panel daxil olub. Güc sisteminə isə mühəndislər müdaxilə etməyiblər: silindirli 3 litrlik 431 at güclü motor yerindədir. Bu aqreqatla maşın 100 km/saat sürəti 4,1 saniyəyə yığır. Motorla 6 pilləli mexaniki ya da 7 diapazonlu robotlaşdırılmış sürət qutusu işləyə bilər. “BMW M3”ün satışı yaz aylarından start götürəcək.

 

Cavanşir Məmmədzadə