• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 28.01.2017 10:03

Çinli velosipedçi 500 km yol qət edib, amma yanlış istiqamətə

Çinli bir nəfər Jiçjao şəhərindən Çiçikar şəhərində yerləşən evinə velosipedlə getmək qərarına gəlir. Bu şəhərlər arasındakı məsafə isə təxminən 1,7 min km-dir. Ancaq 500 kilometr yol qət etdikdən sonra məlum olub ki, o, yanlış tərəfə gedir. Adı açıqlanmayan bu şəxs Çin təqvimi ilə olan yeni ili qeyd etmək üçün evinə tələsirmiş. Bu ərəfələrdə o, Jiçjao şəhərində işləyib. Lakin onun evinə getməsi üçün qatar və ya təyyarə biletinə kifayət qədər pulu olmayıb. Nəticədə 2 min kilometrə yaxın məsafəni velosipedlə getməyi planlaşdırıb. Bununla belə çinli xəritədən necə istifadə etməyi də bilməyib və güman edib ki, yoldan keçənlər ona kömək göstərəcəklər. Yolda yatmaq və dincəlmək üçün o, internet-kafelərə baş çəkib. Polis isə səyahətçini şossedə velosiped sürdüyünə görə dayandırıb. Velosipedçinin səfərinin məqsədini öyrənən polislər müəyyən ediblər ki, o, səhv istiqamətə gedir. Asayiş keşikçiləri xeyirxah iş görərək, vaxtında ailəsi ilə birgə bayramı qeyd etməsi üçün həmin şəxsə qatar bileti alıb evinə yola salıblar.

Cavanşir Məmmədzadə