• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 28.01.2017 10:01

“Volvo S90” və “Volvo V90” kraş-testlərdən necə keçdi?

Avropanın yeni avtomobillərin qiymətləndirmə proqramının (Euro NCAP) kraş-testlərinə daha iki model – “Volvo S90” və “Volvo V90” da qatılıb. Nəticədə hər iki maşın maksimum qiymət – 5 ulduz qazanmağı bacarıb. İsveç brendinin avtomobillərində böyük sərnişinlərin təhlükəsizliyi 95%, azyaşlılarınkı 80% dəyərləndirilib. Piyadaların isə bu maşınlardan zərər görməmək ehtimalı 76%-dir. “Volvo2 modellərinin elektron təhlükəsizlik sisteminin işi 93%-ə bərabər olub. Ötən ildən Avropanın yeni avtomobilləri qiymətləndirmə proqramının kraş-testləri yeni metodlar yerinə yetirməyə başlayıb. İndi deformasiyalı maneələrdən başqa piyadalarla toqquşmanı öncədən xəbər verən sistem də yoxlanılır. Belə ki, avtomobil 40 km/saatadək sürət yığmalı, bundan sonra o, yolda maneken-piyadaları müəyyən etməli və onların qarşısında sürətinin maksimum azaltmalı, yaxud dayanmalıdır.

Cavanşir Məmmədzadə