Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsİ üzrə Milli Agentliyinin Saloğlu bölməsinin əməkdaşları Ağstafanın Acıdərə adlanan ərazisindəki otlaq sahəsində aşkarladıqları 125 mm-lik 47 ədəd tank mərmisini zərərsizləşdiriblər. Hərbi sursatlar əvvəlcə partladılması üçün ANAMA-nın məhvetmə mərkəzinə toplanılıb. Ərazi nəzarətə götürülərək gediş-gəliş məhdudlaşdırılıb. Bundan sonra fitil yandırılıb və mərmilər partladılıb. Ceyrançöl ərazisində təhlükəli sursatların aşkarlanması istiqamətində işlər davam etdirilir. Artıq bu ilin yanvar ayı ərzində 2500 partlamamış hərbi sursat ANAMA tərəfindən məhv edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 454