• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 27.01.2017 10:01

“Toyota”nın turbomotoru ilə klassik “Mustanq” hazırlandı

“Ford Mustang”la bağlı daha bir xəbər. Bö Maykltan adlı biri ABŞ-da “Toyota”dan olan 6 silindrli 2JZ turbomotora malik “Ford Mustang” ərsəyə gətirib. Masl-kar üzərində iş bir neçə il çəkib. İlk olaraq iki qapılı maşının sahibi orijinal 3,3 litrlik 6 silindrli mühərriki 1968-ci ilin modelindən götürülmə 5 litrlik V8 aqreqatı ilə əvəzləyib. Daha sonra o, qərarını dəyişib və “Ford”un 2,3 litrlik turbo mühərrikinə üstünlük verib. Bu motor ötən əsrin 80-ci illərində isthesal olunurdu və Merkur XR4Ti heçbekində işlədilirdi. Sonda isə Bö Maykltan “Toyota” firmasının istehsalı olan 6-lıq turbomotoru seçib. Bu ideyanı onda sevimli “Üçlü forsaj: Tokio drifti” filmi formalaşdırıb. Ekran əsərində “Mustang”, “Nissan Skyline”-dan olan motorla hərəkətə gəlir. Maykltan mexaniki sürət qutusunu da avtomatla dəyişdirib və elektrogücləndirici Saturn Vue sükanı quraşdırıb.

Cavanşir Məmmədzadə