• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 27.01.2017 10:02

Tunisdə “qanadlı” külək elektrostansiyası tikildi

Tunisin “Tyer Wind” şirkəti fərqli külək elektrostansiyası tikib. Stansiya yığcam ölçüləri və qeyri-adi propellerləri ilə seçilir. Mühəndislər havada asılı qala bilən kolibri quşunun qanadlarından ilhamlanaraq bu tip külək stansiyasını hazırlayıblar. Baş mühəndis Anis Aoini bu quşun hərəkətini analiz edib və karbon lif materialından “qanad” düzəldib. Bir qanadın uzunluğu 1,6 metr, ümumi uzunluq isə təxminən 3,6 metr təşkil edir. Bu göstəricilər digər elektrostansiyaların propellerlərindən kiçik olsa da, müəyyən üstünləri var. Məsələn, bu cür elektrostansiyalardan adi evlər üçün də istifadə etmək olar və onlar adilərə nisbətən az yer tutur. Daha bir özəllik “Tyer Wind”-in daha səssiz olmasıdır. Yeni külək stansiyasının gücü 1 kVt-dır. Hazırda adıçəkilən elektrostansiya sınaq mərhələsindədir və mühəndislər daha iri model düzəltmək niyyətindədirlər.

Cavanşir Məmmədzadə