KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar. Mənzilin qapısı açılıb. Xilasedicilər içəridə 66 yaşlı Rəşid Səfərovun meyitini aşkar ediblər. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsinə aparılıb. Hadisə ilə bağlı hüquqmühafizə orqanlarına məlumat verilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 483