• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 25.01.2017 23:28

3 kişi bıçaqlı hücuma məruz qaldı

KepezTV Player

Mübahisənin sonunda bıçaqlandı. Həmkəndlisi onu xəstəxanalıq etdi. 45 yaşlı kişini bıçaqladılar. Bu gecə daha 3 nəfər soyuq silaha əl atıb, şiddəti üstün tutub, insanları yarımcan edənlər sırasına qoşulub. Bıçaqlanma hadisələrin təfərrüatlarını izləyək.

Paytaxtın Səbail rayonu, Murtuza Muxtarov küçəsində 46 yaşlı Ruslan Allahverdiyevin naməlum şəxslə mübahisəsi düşüb. Bu zaman həmin şəxs bıçaqla Ruslan Allahverdiyevin sinə nahiyəsinə zərbə endirib və hadisə yerindən uzaqlaşıb. Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsilə həyatı üçün təhlükə aradan qaldırılıb. Hadisə barədə Səbail Rayon Polis İdarəsinə məlumat verilib. Allahverdiyevi bıçaqlayan şəxsin tutularaq, istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Goranboyun Dəyirmanlar kəndində 36 yaşlı Rasim Məmmədov həmkəndlisi tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlanıb. Zərərçəkən yaxınlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona üz nahiyəsinin və əlin kəsilmiş yaraları diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi yardım göstərilib. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Göygöl sakini, 45 yaşlı Nofəl Pənahov da sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan xəstənin vəziyyəti orta-ağırdır. Polis əməmkdaşları faktlarla bağlı araşdırmalara başlayıblar.
Xaliq Qurbanlı