• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 23.01.2017 20:02

Tovuzda yol qəzası baş verib, bir nəfər ölüb

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsinə məxsus “Fiat” markalı Post-Patrul avtomobili ilə rayonun Azadtəpə kənd sakini, 25 yaşlı Rəşad Qədimalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub. “VAZ-da olan sərnişin, Tovuz şəhər sakini, 30 yaşlı Tural Əskərov hadisə yerində ölüb. Sürücü isə ağır bədən xəsarətləri alıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.