• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 22.01.2017 23:38

Gədəbəydə 42 yaşlı kişi bıçaqlanıb

KepezTV Player

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Rayonun Qaradağ kənd sakini 42 yaşlı Əsgər Eldarov bədənin müxtəlif nahiyyələrini kəsilmiş deşilmiş yarası diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Müayinə zamanı zərəçəkmişin bədənində 2 bıçaq yarası aşkar edilərək əməliyyat edilib. Həkimlər Əsgər Eldarovun vəziyyətini kafi qiymətləndirir.

Xəyalə Səfərli - həkim: "Əsgərov Eldar Əli oğlu 1975-ci il doğumlu şöbəmizə döş qəfəsini sağ arxadivarının kəsilmiş deşilmiş yarası və sağ çiyinin kəsilmiş yarası ilə daxil olub. Xəstənin yaraları birinci cərrahiyyə işləndi və halhazırda stasionardadır"

Onun şəxsi münasibətlər zəmində həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xaliq Qurbanlı