• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 21.01.2017 12:59

Tovuz sakini baltalandı

Tovuz şəhər sakini Kənan Qasımov baş nahiyəsindən müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır. Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının ilkin araşdırması zamanı müəyyən edilib ki, Kənan Qasımova həmyerlisi, əvvəllər məhkum olunmuş Elxan Qasımov balta ilə xəsarət yetirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qasımov tutularaq, istintaqa təhvil verilib. 

Natiq Hüseyn