Hər il dərin hörmətlə yad edilən “Qanlı Yanvar” şəhidlərini bu il də şəhər sakinləri hamılıqla ziyarət edib. Sovet imperiyasının həyata keçirdiyi qanlı olay yada salınaraq, bir daha müstəqilliyimizin bu millət üçün nələr bahasına başa gəldiyini xatırladıb. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri çıxış edərək 20 Yanvarın hər bir azərbaycanlının qan yaddaşında yaşayacağını bildiriblər. Daha sonra Şəhər rəhbərliyi ilə şəhid ailələrinin görüşü olub.
Bu gündən Gəncənin Şəhidlər Xiyabanı Memorial Kompleksində üç rəngli bayrağımız dalğalanır. 37 metr hündürlüyü, 8 metr eni, 15 metr uzunluğu olan bayrağı şəhərin əksər ərazilərindən görmək mümkün olacaq. Abidə kompleksinin yanında ucaldılan dirəyə sancılan üç rəngli bayraq, vətən uğrunda, torpaq uğrunda canından keçən 371 şəhidin şərəfinə dalğalanacaq ki, onlardan 5 -i milli qəhrəman, 49 naməlum əsgərdir. Qeyd edim ki, Şəhidlər Xiyabanı 2012- cil ildə yenidən qurulub. Burada abidə kompleksi, əbədi məşəl şəhidlərin əziz xatirəsinə göstərilən diqqətin nəticəsidir. Bir zamanlar onların tabutunu saran üç rəngli bayrağımız artıq onların əbədi uyuduğu məkanda dalğalanacaq.
Elton Cabbarlı
- Baxış: 2975