• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2012
— 20.01.2017 12:37

Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib

KepezTV Player

Rayonun Rəncbərlər kənd sakini, 32 yaşlı Təzəgül Qaraşova Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Xəstəxanaya çatdırılan qadın qeysəriyyə əməliyyatı ilə 2100 qram çəkisi olan qız uşağı dünyaya gətirib. Əməliyyatdan sonra qadın vəfat edib. 9 aylıq hamiləlik dövrü tamamlanmadığı üçün doğulan körpənin, Sabirabad rayon Perinatal Mərkəzinə aparılmasına qərar verilib. Körpə mərkəzə aparılarkən yolda ölüb. Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Təzəgül Qaraşovanın ölümünə preeklampsiya və böyrək çatışmazlığı səbəb olub. Bildiriblər ki, bu, qadının 3-cü hamiləliyi olub. Bundan əvvəl də iki dəfə  hamiləliyi vaxtından əvvəl başa çatdığı üçün körpələr ölüb. Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Ruhəngiz Hacızadə