Su səhəngi elə su yolunda qırılar. Başqasına məxsus torpağı qanunsuz olaraq ayrı-ayrı şəxslərə satan şəxs də yolun yarısında yaxalandı.
Suraxanı RPİ-nin əməkdaşları dələduzluqda ittiham olunan şəxsi saxlayıblar. 37 yaşlı Həmid Abdinov 3 aydın artıq müddətdə axtarışda olub. O, bir neçə şəxsə başqasına məxsus torpaq sahəsini özününküymüş kimi göstərərək, hissə-hissə satıb. Yaxın günlərdə sənədi qanuniləşdirəcəyinə söz verərək, onların etibarından sui-istifadə etməklə pullarını mənimsəyib. Abdinovun vətəndaşlara 25.000 manatdan çox maddi ziyan vurduğu bildirilir.
İstitaqla müəyyən edilib ki , saxlanılan şəxs yaxın qohumu olan Naibə Novruzluya məxsus 4 ədəd kürkü alaraq satıb. Pulunu verəcəyinə söz versə də, vədinə əməl etməyib. Saxlanılan şəxs isə cəmi 1 kürk aldığını deyib.
Zülfiyyə Telmanqızı
- Baxış: 665