• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 19.01.2017 13:26

Bakıda reyd keçirildi, taksi sürücüləri maarifləndirildi

KepezTV Player

Paytaxtın Nizami rayonunda Qara Qarayev prospektində qanunsuz taksi fəaliyyəti göstərənlərə qarşı növbəti reyd. Bakı nəqliyyat agentliyinin Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol polisi ilə birgə apardığı reyddə sürücülər cərimələnməyib. Aidiyyatı qurumların məqsədi onları “fərqlənmə nişanı” almaları barədə maarifləndirməkdir.

Sürücülər taksi dayanacağının olmadığından şikayətlənir, buna görə də “fərqlənmə nişanı” almayacaqlarını deyirlər, Bakı nəqliyyat agentliyinin rəsmisi isə nişanın alınmasının şərt daxilində qoyulmasının yanlış olduğunu deyir.

Sürücülərə Bakıda yalnız 79 pasportlaşdırılan dayanacaqda gözləməyin qanuni olduğu bildirilsə də, qarşı tərəf bununla razılaşmır.

Aidiyyatı qurumlar qanunsuz taksi fəaliyyətilə məşğul olanların şikayətlərini dinləyir və əmin edir: metro stansiyaları, alış-veriş mərkəzləri, əhalinin sıx toplaşdığı digər ərazilərdə dayanacaqların quraşdırılması üzərində iş aparılır.

İndi iki tərəfin də öhdəliyinə iş düşür. Taksi fəaliyyətilə məşğul olan sürücülər 18 manat dövlət rüsumu ödəyib “fərqlənmə nişanı” almalı, Bakı nəqliyyat agentliyi isə paytaxt ərazisində taksi dayanacaqlarının sayının artırılması işini sürətləndirməlidir.
Zülfiyyə Telmanqızı