![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/blitab.jpg?itok=LgCfMdMt)
O, gözdən əlil istifadəçilər üçün ilk planşet hesab olunur. “BLITAB”ın aşağı hissəsi özündə Android-planşeti birləşdirir, yuxarıda isə Brayl ekranı quraşdırılıb ki, o da ekrana hiss olunan nöqtələr ötürür. Planşet nəinki mətni, hətta daha qəliz informasiyanı da əks etdirə bilir. Məsələn, məkanın xəritəsi və ya şəkli. Ekranı aktivləşdirmək üçün qurğunun yanındakı düyməni basmaq kifayətdir. Planşet xeyli yığcam alınıb, qiyməti isə təxminən, 500 dollardır. Yaxın zamanlarda istehsalçılar sifarişləri qəbul etməyə başlayacaqlar. Çatdırılmalar isə yay aylarından start götürəcək.
Cavanşir Məmmədzadə
- Baxış: 827