• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 757
— 18.01.2017 20:46

Samuxda yas mərasiminin qazanları oğurlandı

KepezTV Player

Ev, mağaza, avtomobil və sosial obyektlərdən oğurluq hadisəsinə tez-tez rast gəlinir. Bu dəfə danışacağımız oğurluq cinayəti isə bir qədər fərqlidir. Üç nəfər şəxs həmkəndlilərinin yas mərasimindən ehsan qazanlarını oğurlayıb. Samux polisinin saxladığı həmin şəxslərin yaşadıqları Sərkar kəndində silsilsə oğurluqlar törətdiyi də müəyən edilib.

Samuxun Sərkar kəndində yas mərasimlərinin birində ümumi dəyəri 2400 manat olan 4 ədəd ehsan qazanın oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan asayiş keşikçiləri əvvəlcə şübhəli kimi Sərkar kənd sakini 27 yaşlı Səbuhi Həsənovu saxlayıblar. Araşdırmalar zamanı müəyən edilib ki, Həsənov ehsan qazanlarını qardaşı 28 yaşlı Müşfiq Həsənov və həmkəndlisi 27 yaşlı Elnar Məmmədovla birgə oğurlayıb.

Ramiz Məhərrəmov Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi- Qazanları Səbuhi Həsənovun qayınanası Samux rayon Sərkar kəndində yaşayan Əliyeva Reyhan Qələndər qızının evində elektrik mişarı ilə doğrayaraq Gəncə şəhərində metal qəbulu məntəqəsinə təhvil verib oradan 270 manat pul alıblar.

Elnar Məmmədov- saxlanılan şəxs Yolla gedirdim yanımdakı oğlan dedi ki, burada mağar var. Mağarın yanından keçib qapıya daxil olduq. Qazanları götürüb çıxdıq. Köməkli evə gətirdik.

Oğurladıqları qazanların yas mərasiminə aid olmasından xəbərsiz olduğunu deyən Müşfiq Həsənov yas evinin sahiblərindən gec də olsa üzr istəməyi özünə borc bilib.

Müşfiq Həsənov- saxlanılan şəxs Üzr istəyirəm. Bir səhvdi eləmişəm. Çox peşmanam buradan çıxandan sonra gedib yas sahiblərindən də üzr istəyəcəm.

İstintaq yolu ilə müəyən edilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Sərkar kəndində digər oğurluqlar da törədiblər. Qarətçilər mənzillərdən əsasən elektrik naqilləri, televizor, eləcə də musuqi mərkəzləri oğurlayıblar. Əldə etdikləri əşyaları isə Gəncə və ətraf bölgələrdə dəyər-dəyməzinə satıblar. Artıq həmin əşyalardan bir qismi aşkarlanaarq maddi sübut kimi tanınıb. 

Saxlanılan Səbuhi Həsənovun barəsində bir qədər əvvəl həbs qəti imkan tədbiri seçildiyindən o, yoldaşlarından tez istintaq  təcridxanasına göndərilib. Digər cinayət ortaqları isə bu gün Həsənovun yanına yola salınıb.

Natiq Hüseyn