• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 713
— 18.01.2017 10:01

“Volkswagen”dən elektrikli mikroavtobus

“Volkswagen” avtoistehsalçıları elektriklə şütüyən miniven konseptini göstəriblər. “ID Buzz” adlı maşın Detroytda debüt edib. Avtomobil LED optika və 22 düymlük disklərlə təmin olunub. Salon 8 sərnişin üçün nəzərdə tutulub. Sürücü ID Pilot avtonom rejimindən də yararlana bilər. Onu aktivləşdirərkən sükan aradan qalxır və daxildə daha çox yer olur. Avtomobildə proyeksiyalı ekran və güzgüləri əvəz edən kameralar peyda olub. Onlar sensor idarəetməsi ilə işləyir. Prototip iki elektromotor sayəsində hərəkətə gəlir. Ümumi güc isə 369-a bərabərdir. İlk 100 km/saat sürəti yığmaq üçün konseptə 5 saniyə vaxt lazımdır. 160 km/saat isə onun maksimal sürətidir. Tam ötürücü sistemə yiyələnən mikroavtobus bir dəfəlik enerji ilə 600 kilometrədək məsafə qət edə bilər. Enerji ehtiyatının 80%-i isə yarımca saata yüklənir. 

Cavanşir Məmmədzadə