• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1070
— 17.01.2017 15:01

200-dən çox əlil və imtiyazlı şəxs kurort və sanatoriyalara göndərilib

KepezTV Player

Əlil və imtiyazlı vətəndaşların müalicə və reabilitasiyası məqsədilə ötən il Gəncədən 205 nəfər respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən kurort və sanatoriyalara göndəriş alıb. Xidmətdən kimsəsiz, tək yaşayan və evsizlər də yararlanıb. Bu qəbildən olan 5 vətəndaşın sənədləri hazırlanaraq müharibə və əmək əlliləri üçün nəzərdə tutulan pansionatlara göndərilib. 5 əlil vətəndaş isə xalçaçılıq, rəssamlıq və kompüter kursları kimi peşə reabilitasiya mərkəzinə yönləndirilib. 224 nəfərə əlil, 12 şəhid ailəsinə isə şəhidlik vəsiqəsi verilib. Avtomobil növbəsində dayanan 41 Qarabağ əlilindən 8 nəfərinə avtomobil verilib. Cari ilin yanvar ayı ərzində isə Kəpəz və Nizami rayonları üzrə növbədə olan 5 nəfər putyovkalarla təmin edilib. Müraciətlərə əsasən bu ay ərzində daha 60 əlilin qısa müddətli müalicə reabilitasiyasının təşkili nəzərdə tutulur.

Tamaşa Tağızadə- DSMF-nin Gəncə şəhəri, Nizami rayonu üzrə sektor müdiri: “Ayın əvvəlində putyovkalar götürdük. Putyovlakar yenə də növbəli şəkildə veriləcək. Bu günə qədər, bu il üçün artıq 30 nəfəri qeydiyyata götürmüşük. Bu il üçün putyovkalarla bağlı olan bütün müraciətləri tam yerinə yetirəcəyik”.
Elton Cabbarlı