• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 21.11.2016 16:01

Ölkəmizi tanıyaq tur aksiyası çərçivəsində müxtəlif tədbirlər həyata keçirilib

Gəncədə növbəti dəfə "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində intellektual oyun keçirilib. Ağacəkmə kompaniyasında iştirak edən 300-dən çox məktəbli Qərb bölgəsindən xoş təəssüratlarla ayrılıb. Elə Göygölə geri qayıdan şagirdlər də səfərdən razı görünürlər.

Harada? Nə zaman?" zəka yarışında, aksiya çərçivəsində səfərə çıxan 8 rayondan 48 komanda iştirak edib. 9-11 sinif şagirdlərindən ibarət hər komandalara verilən 24 sualı düzgün cavablabdıraraq ilk 3 yeri tutanlar kubok, medal və sertifikatlarla mükafatlandırılıb.

Fidan Rzayeva -Bakı təmsilçisi: “Nə? Harada? Nə zaman?” oyunu uşaqların məntiqini inkişaf etdirən, dostluq əlaqələrini inkişaf etdirən bir oyundu. Bu oyunun təşkili mənim üçün çox maraqlı oldu. Bundan əvvəl məktəbimizin intellektual oyun komandasında olduğum üçün “Nə? Harada? Nə zaman?” oyununa çox qatılmışam. Bu da mənim üçün təcrübə olacaq”.

Babək Qasımzadə -layihə koordinatoru: “Birinci oyundan sonra da biz gördük ki, həqiqətən bu tipli oyunlar gənclərin biliklərinin, dünyagörüşünün artırılmasında xüsusi rol oynadı. Biz də qərara aldıq ki, bu oyunun ikincisini keçirək”.

Bakının Xətai, Səbail, Suraxanı rayonlarının, o cümlədən Abşeron, Cəlilabad, Neftçala, Zəngilan və Salyan məktəbliləri Gəncədə yaşıllaşdırma aksiyasına da qatılıb. Şam ağacları əkən şagirdlər, mövcud olanlara aqrotexniki qulluq da göstərib. 

Bununla da Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə hərəkət edən məktəblilərin səfərləri başa çatıb. Elə Şimal-Qərb bölgəsini gəzən Göygöl məktəbliləri də xoş təəssüratlarla geri qayıdıb. 3 gün ərzində bölgənin tarixi, mədəni və spesifik ənənələri ilə tanış olan məktəblilər Heydər Əliyev Mərkəzinin önündə qarşılanıblar. Şəki, Zaqatala və Qəbələni gəzən Göygöllü şagirdlər "Nə? Harada? Nə zaman?" intellektual oyununun qalibi də olublar. 

Xəyalə Mürsəl