• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 12.11.2016 13:25

Samuxda Konstitusiya Günü münasibətilə konfrans keçirilib

Ölkənin əsas qanununun qəbulundan ötən 21 il, konstitusiyanın verdiyi imkanlar, edilən əlavə və dəyişikliklərin yaratdığı üstünlüklər Samuxda müzakirə edilib. Konstitusiya Günü münasibətilə keçirilən konfransda Azərbaycanın demokratik ölkə kimi formalaşmasında, beynəlxalq aləmə inteqrasiyasında, milli maraqların qorunmasında əhəmiyyətindən danışılıb. İstinad sənədinin dövrün tələblərinə uyğunlaşdırılması da mühüm addım kimi qiymətləndirilib. Bu gün ölkədə konstitusiya quruluşunun qorunduğu və ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət idarəçiliyinin məhz bu əsas qanun üzərindən həyata keçirildiyinə diqqət çəkilib.

Natiq Hüseyn