• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1912
— 05.11.2016 12:33

Gəncə Dövlət Universitetində müsabiqələrin qalibləri mükafatlandırılıb

Gəncə Dövlət Universitetində oktyabrın əvvəlində başlayan və artıq başa çatan 3 fərqli müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Universitet daxili şahmat yarışında 42 oğlan və 37 qız zəkasını yoxlayıb. 8 fakültə, həmçinin magistraturada oxuyan tələbələr 3 turda qalibi müəyyənləşdirib. Olimpiya sistemi ilə keçirilən yarışın yekununda zəriflər arasında universitetin magistr pilləsində təhsil alan İzzət Rəhimova, oğlanlarda isə pedaqoji fakültənin tələbəsi Kərəm Şükürlü bütün rəqiblərini mat edib. Şahmatla yanaşı, ali təhsil ocağında intellektual oyun və inşa müsabiqəsi də keçirilib. Tədbirin sonunda müsabiqələrdə ilk 3 pilləni tutan iştirakçılar fəxri fərman və hədiyyələrlə təltif edilib.

Orxan Məmmədov -Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri:  "İntellektual yarışın keçirilməsi tələbələrin intellektual cəhətdən inkişafını təmin edir, inşa müsabiqəsi tələbələrin bilik və bacarıqlarını, fikirlərini çatdırmaq baxımından mühüm rol oynayır. Şahmat müsabiqəsi də bilirsiz ki, çox maraqlı, həm də insanların intellektuallıq səviyyəsini ölçən bir yarışdır. Şahmat yarışlarının bu baxımdan keçirilməsi müsbət cəhətlərdən biridir. Gələcəkdə də bu cür yarışların keçirilməsi nəzərimizdədir. Planlarımızda futzal və digər stolüstü oyunları təşkil etmək var".

Orxan Cəfərzadə