• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 31.10.2016 14:57

Tovuzda uşu-sanda üzrə açıq rayon birinciliyi keçirilib

Uşaq və yeniyetmələr arasında təşkil olunan yarışa yerli idmançılarla yanaşı, 4 şəhər və rayondan uşu-sandaçılar da qatılıb. Tovuz, Bakı, Ağstafa, Şəmkir və Ağcabədidən olan döyüşçülər müxtəlif çəki dərəcələri üzrə mükafatçıları müəyyənləşdirib. Yarışın sonunda kikboksinq üzrə peşəkar döyüş də baş tutub. Yaşının çoxluğuna baxmayaraq Tovuz idman klubunun məşqçisi Habil Qəribov rinqə çıxıb. Onun rəqibi iranlı Merhad Səfəri olub. Daha təcrübəli Qəribov vaxtından əvvəl qələbə qazanıb. Tovuzlu veteran idmançıya dəfələrlə dünya çempionu titulunu qazanan iranlı Vahid Pakzad tərəfindən kikboksinq kəməri təqdim edilib.

Azad Rəfi