• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1335
— 31.10.2016 10:25

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tur arxada qalıb

Son oyun günü 2 görüş baş tutub. İlk olaraq meydana “Zirə” və “Kəpəz” komandaları çıxıb. Evdə gəncəliləri qəbul edən paytaxt klubu 2-ci hissədə vurduğu 2 qolla qələbəni bayram edib. 69-cu dəqiqədə Cavid Tağıyev tablonu hərəkətə gətirib. Bu azmış kimi qola etiraz edən kapitan Tural Axundov qarşısında ikinci sarı vərəqəni görərək meydandan qovulub. Bundan sonra oyunu ələ alan zirəlilər 82-ci dəqiqədə ikinci topu vurublar. Renan Alvesin cərimə meydançasında Cavid Tağıyevə qarşı kobud oyununundan sonra görüşün baş hakimi İnqilab Məmmədov ağ nöqtəni göstərib. Elvin Məmmədov isə öz növbəsində ona həvalə edilən 11 metrlik cərimə zərbəsini boşa verməyib. Yekun nəticə: “Zirə” 2 - “Kəpəz” 0.

Turun son qarşılaşmasında “İnter” “Sumqayıt”la üz-üzə gəlib. Ötən tur xal itirən bankirlər liderlər mövqeyindən uzaqlaşmamaq üçün mütləq qələbə qazanmalı idi. Görüş meydan sahibləri üçün yaxşı başlamayıb. 3-cü dəqiqədə Mirabdulla Abbasov bakılıların qapısına yol tapıb. Sonradan oyunda dönüş yaradan “İnter” bu qolun cavabını 21-ci dəqiqədə verib. Nəzarətsiz qalan Zurab Xizanişvili topu torla qovuşduraraq bərabərliyi təmin edib. 55-ci dəqiqə isə Nizami Hacıyev komandasını hesabda irəli çıxarıb. Bu qol da görüşdə sonuncu olmayıb. Hacıyev 80-ci dəqiqədə daha bir dəfə fərqlənərək İnterin 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

Azərbaycan Premyer Liqası

X tur

30 oktyabr (bazar)
“İnter” – “Sumqayıt” - 3:1

Qollar: Zurab Xizanişvili, 21, Nizami Hacıyev, 55, 80 - Mirabdulla Abbasov, 3
“Zirə” – “Kəpəz” - 2:0

Qollar: Cavid Tağıyev, 69, Elvin Məmmədov, 82 (pen.)

Qırmızı vərəqə: Tural Axundov, 70

 

Turnir cədvəli

 

1

Qəbələ

10

7

3

0

26-4

24

2

Qarabağ

10

7

1

2

21-5

22

3

İnter

10

5

5

0

16-9

20

4

Zirə

10

4

2

4

10-10

14

5

Kəpəz

10

2

5

3

7-10

11

6

Sumqayıt

10

2

3

5

9-17

9

7

Neftçi

10

2

0

8

7-24

6

8

 AZAL

10

0

3

7

4-21

3

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7

Orxan Cəfərzadə