• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 02.09.2016 16:28

İlham Əliyev: “Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi böyük hadisədir”

“Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi böyük hadisədir”. 42-ci Ümumdünya Şahmat Olimpiadasının yarışlarına start verən Prezident İlham Əliyev turnirlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb.

İlham Əliyev- Azərbaycan Respublikasinin Prezidenti: “Bu gün burada yarışlar başlayır. Əlbəttə, Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Əminəm ki, bütün qonaqlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıdacaqlar. Ona görə, bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda artıq mötəbər beynəlxalq yarışlar ənənəvi olaraq keçirilir - Avropa Oyunları, Şahmat Olimpiadası, Formula-1 yarışı, gələn il isə İslam Həmrəylik Oyunları. Yəni ki, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”.

Fərid Mehdizadə