• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1347
— 02.09.2016 15:44

“Kəpəz”in əvəzedici komandası 3-cü yoxlama görüşündə qüvvəsini sınayıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Kəpəz”in əvəzedici komandası 3-cü yoxlama görüşündə qüvvəsini sınayıb. "Sarı-göylər" bu dəfə səfərdə "Turan Tovuz"un qonağı olub. I divizionun ilk turuna hazırlıq çərçivəsində meydan sahibləri üçün də böyük önəm daşıyan qarşılaşma sülhlə nəticələnib. Tərəflərin səylərinə baxmayaraq oyun başladığı kimi də 0:0 hesabıyla başa çatıb.

Azər Məmmədov- "Kəpəz"in əvəzedici komandasının baş məşqçisi: "Uşaqlardan istədiyimizi ala bildik. Fikirləşdik ki, güclü heyətə malik "Turan"la oyunda komandamızı yoxlayaq. Mən onu deyə bilərəm ki, yetirmələrimdən tam olaraq razı qaldım. Komanda bütün tapşırıqları yerinə yetirməsə də, istəyimizə nail olduq".

Orxan Cəfərzadə