• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2125
— 26.08.2016 14:34

Gəncəli şahmatçı İranda keçirilən beynəlxalq festivalda zəkasını yoxlayır

İranın Həmədan şəhərində "Avicenna Open" beynəlxalq şahmat festivalı keçirilir. 13-cü dəfə təşkil olunan yarışda gəncəli şahmatçı Vüqar Rəsulov da zəkasını yoxlayır. 2 yaş kateqoriyasında baş tutan turnirdə Rəsulov A qrupunda mübarizə aparır. Bütün görüşlərini iranlı rəqiblərlə keçirən Vüqar Rəsulov qarşılaşmaların 1-ni heç-heçə, 2-ni isə qələbəylə başa vurub. Aktivində 2.5 xal olan idmançımız hələlik 9-cu sırada qərarlaşıb. Bu gün 4-cü turda qrossmeyesterimiz Gürcüstan idmançısı ilə üz-üzə gələcək.

Azad Rəfi