• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 25.08.2016 16:08

Gəncənin “Kəpəz” Futbol Klubunun üzvü Orxan Əliyev 21 yaşlılardan ibarət Azərbaycan yığmasına dəvət alıb

Gənc yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsində sentyabrın 6-da Bakıda Farer adaları ilə qarşılaşacaq komandanın tərkibində yer alacaq. Bu rəqiblə oyuna hazırlıqla bağlı təlim-məşq toplanışı çərçivəsində Əliyev “Kəpəz”ə qarşı yoxlama matçında da forma geyinə biləcək. “Sarı-göylər” U-21 ilə avqustun 31-də oynayacaq. Nizami yurdunun təmsilçisi çempionatda yaranmış fasilə dövründə daha bir sınaq görüşü keçirəcək. Amma hələlik rəqibin kimliyi müəyyənləşməyib.

Azad Rəfi