• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 23.08.2016 16:00

Gəncəli basketbolçu karyerasını ölkə xaricində davam etdirəcək

Basketbol üzrə Azərbaycan yığmasının üzvü 26 yaşlı Amil Həmzəyev karyerasını ölkə xaricində davam etdirəcək. Gəncə basketbol məktəbinin yetirməsi Ukraynanın “Kremen” klubu ilə 1 illik müqavilə bağlayıb. Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Amil həm də yeni klubunun ilk əcnəbi basketbolçusu olub. Çünki “Kremen” komandası buna kimi heyətdə yalnız yerli oyunçulara yer verib. 16 yaşından müxtəlif yaş qrupları üzrə yığmalara dəvət alan Həmzəyev əsas millinin aparıcı üzvlərindən sayılır. O, “Gəncə” klubunun heyətində Azərbaycan çempionatının gümüş mükafatçısı olub.

Azad Rəfi