• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 20.08.2016 16:36

“Kəpəz” klubu Bakı səfərində “İnter”in qonağı olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Tur çərçivəsində Gəncənin “Kəpəz” klubu Bakı səfərində “İnter”in qonağı olub. Maraqlı mübarizə şəraitində keçən görüş bol qollu alınıb. Matçda hesabı ev sahibləri açıb. Standart vəziyyətdən Adrian Skarlatakenin zərbəsi “sarı-göylər”in qapıçısı üçün əlçatmaz olub. Amma bu qoldan az sonra qonaqlar hesabı bərabərləşdiriblər. Əllə oyuna görə hakim “İnter”in qapısına penalti təyin edib. Topun arxasına keçən kapitan Tural Axundov fürsəti əldən verməyib. İkinci hissədə gəncəlilər önə də keçiblər. Oyuna sonradan daxil olan Julien Ebah hücumu məntiqi sonluqla tamamlamaqla rəqibi cəzalandırıb. Lakin “Kəpəz” qələbə hesabını sonadək qoruya bilməyib. 89-cu dəqiqədə Tadas Simaitisin böyük səhvi Ruslan Abışovun status-kvonu yaxalaması ilə nəticələnib – 2:2.  

Azad Rəfi