• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 19.08.2016 13:07

Toğrul Əsgərov Rio Olimpiadasında sərbəst güləş yarışlarının əsas favoritlərindəndir

Toğrul Əsgərov Rioda keçirilən Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında əsas favoritlərindən biridir. 4 il öncə Londonda Olimpiya çempionu olmaqla tarix yazan pəhləvanın çıxışına yenə böyük ümidlər bəslənilir. İdmansevərlər karyerası ərzində bir çox titullara imza atan Gəncə güləş məktəbinin yetirməsini olimpiadanın ikiqat qızıl mükafatçısı kimi  görmək arzusundadırlar. Əsas medal ümidlərimizdən olan Əsgərov Braziliyada 65 kq çəki dərəcəsində döşəyə çıxacaq. O, yarışların sonuncu günündə - avqustun 21-də güləşəcək.

Azad Rəfi